Millət vəkil beynəlxalq təşkilatlara səsləndi:<span style="color:red;"> “Həssaslıq göstərin”
01 fevral 2017 18:29 (UTC +04:00)

Millət vəkil beynəlxalq təşkilatlara səsləndi: “Həssaslıq göstərin”

İşğalçı Ermənistanın qeyri-insani əməllərinə qarşı beynəlxalq təşkilatlar etiraz səslərini daha çox ucaltmalı və işğalçı ölkəyə beynəlxalq konvensiyalara da zidd olan bu qeyri-insani əməllərini durdurması üçün təzyiqlər etməlidirlər.

 

Lent.az-ın məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva nəşi işğalçı Ermənistan tərəfindən hələ qaytarılmayan Çingiz Qurbanovla bağlı  beynəlxalq təşkilatlara müraciətində deyib.  

 

Q.Paşayeva Qızıl Xaç Komitəsi başda olmaqla beynəlxalq təşkilatlara və onların Azərbaycandakı ofislərinə çağırış səsləndirərək deyib ki, hər kiçik məsələdə öz münasibətlərini sərt şəkildə ortaya qoyan beynəlxalq təşkilatların Azərbaycandakı ofislərindən də bu məsələdə daha həssas münasibət gözləyir.

 

 

 Millət vəkili işğal olunmuş ərazilərlə bağlı qanun layihəsinin qəbulunun vacibliyindən də danışıb: "Son illər Azərbaycanın işğal altında olan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa Azərbaycan dövlətinin icazəsi olmadan qeyri-qanuni səfərlər edilir, orada müxtəlif tədbirlər təşkil edilir.  Həmin şəxslər beynəlxalq hüquq normalarını pozurlar və Azərbaycan onlarla bağlı haqlı olaraq özünün birmənalı mövqeyini ortaya qoyur və onları arzuolunmaz şəxslər elan edir”.

 

 

 Q.Paşayeva vurğulayıb ki, bu günə kimi bu məsələ ilə Xarici İşlər Nazirliyi məşğul olur, ancaq çox yaxşı olardı ki, Azərbaycan parlamenti də işğal olunmuş ərazilərlə bağlı qanun layihəsi hazırlayaraq, tezliklə parlament müzakirəsinə çıxarmalı və qəbul etməlidir: “ Burada da birmənalı olaraq qeyd olunsun və göstərilsin ki, əgər kimlərsə beynəlxalq hüquq normalarını tapdalayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edəcəklərsə, onlar arzuolunmaz şəxslər elan ediləcəklər və eyni zamanda onlara qarşı ciddi tədbirlər görüləcək. Bununla da bütün beynəlxalq ictimaiyyətə mesajı vermiş olarıq ki, Azərbaycan dövləti onun icazəsi olmadan ərazilərinə qanunsuz səfər etmiş şəxsləri heç zaman bağışlamayacaq və bunun da qanunvericilikdə birmənalı şəkildə öz əksini tapması çox vacibdir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234
avatar

Oxşar yazılar