Mərkəzi Komitənin keçmiş katibi vəfat edib
05 sentyabr 2014 14:51 (UTC +04:00)

Mərkəzi Komitənin keçmiş katibi vəfat edib

Tanınmış jurnalist və dövlət xadimi Rafiq Zeynalov bu gün vəfat edib. Lent.az-ın məlumatına görə, R.Zeynalov ürək çatışmazlığından dünyasını dəyişib.

O, 1938-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. R.Zeynalov uzun illər sovet mətbuatında çalışıb. Daha sonra R. Zeynalov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində ideoloji məsələlər üzrə katib postunu tutub. R.Zeynalovun sonuncu iş yeri isə Bakı Sosial İdarəçilik və Politologiya İnstitutu olub. O, bu ali məktəbin rektoru vəzifəsində çalışıb.

Qeyd edək ki, bu barədə ilk məlumatı virtualaz.org saytı yazıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3157

Oxşar yazılar