Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycan xarici işlər naziriElmar Məmmədyarov arasında telefon danışığı olub.
APA-nın “tgrthaber.com.tr” saytına istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri barədə fikir mübadiləsi aparılıb.
M. Çavuşoğlunun Azərbaycan xarici işlər naziri ilə yanaşı, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Kutlu Evrenlə də telefon danışığı olub.