Bakı. Anaxanım Hidayətova -APA. Azərbaycan Xarici İşlər Nazirliyi Nyu-Yorkda nazir Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında keçirilən görüş barədə açıqlama yayıb. APA-nın xəbərinə görə, açıqlamada bildirilir ki, görüşdə münaqişənin həlli istiqamətində aparılan danışıqlar davam etdirilib: “Prezidentlərin Parisdə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq məsələləri müzakirə olunub”
APA-nın xəbərinə görə, bu barədə Ermənistan XİN-in sözçüsü Tiqran Balayan öz “Twitter” səhifəsində məlumat yayıb. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edib.