Məmmədyarov və Nalbandyan bu gün Nyu Yorkda görüşəcəklər
23 sentyabr 2014 20:45 (UTC +04:00)

Məmmədyarov və Nalbandyan bu gün Nyu Yorkda görüşəcəklər

Sentyabrın 24-də Nyu Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş baş tutacaq. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Tvitter” səhifəsində bildirib.  

 

“Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasını müzakirə etmək üçün səbirsizliklə bu gün Nyu Yorkda  Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü gözləyirik”, deyə Ceyms Uorlik “Tvitter” səhifəsində bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar