Məmmədyarov fransalı həmkarı ilə Qarabağı müzakirə edib
19 may 2016 14:07 (UTC +04:00)

Məmmədyarov fransalı həmkarı ilə Qarabağı müzakirə edib

 

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Fransaya işgüzar səfəri çərçivəsində Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşüb. XİN-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, söhbət zamanı tərəflər Vyanada keçirilmiş Ermənistan-Azərbaycan münaqişəsinə dair yüksək səviyyəli görüşün nəticələri haqqında geniş fikir mübadiləsi aparıblar.

 

Nazirlər atəşkəs rejiminə əməl edilməsinə dair razılığa hörmət edilməsinin, habelə münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tam bərpa edilməsinin əhəmiyyətini təsdiq ediblər. Nazir Elmar Məmmədyarov Fransa tərəfinin Vyanada prinsip etibarilə razılaşdırılmış ən qısa zamanda Azərbaycan və Ermənistan Prezidentlərinin növbəti görüşünün təşkil etməyə hazır olmasını alqışlayıb.

 

Tərəflər həmçinin Azərbaycan və Fransa araında ikitərəfli əlaqələrin gündəliyində olan digər məsələləri müzakirə ediblər. Fransalı nazir həmkarının Azərbaycana rəsmi səfər etmək dəvətini məmnuniyyətlə qəbul edib. 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

Oxşar yazılar