Məmmədyarov bu gün həmsədrlərlə görüşəcək
22 sentyabr 2017 19:39 (UTC +04:00)

Məmmədyarov bu gün həmsədrlərlə görüşəcək

0

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

 

Bunu XİN-in mətbuat katibi Hikmət Hacıyev APA-ya açıqlamasında bildirib.

 

Görüş BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində baş tutacaq.

 

H. Hacıyevin sözlərinə görə, sentyabrın 23-də isə həmsədrlərin iştirakı ilə E. Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar