Meksikanın diplomatik nümayəndəliyi fəaliyyətə başladı
0
0
Azərbaycanda daha bir ölkənin diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb. Xarici İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bununla bağlı Meksikanın Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin müvəqqəti işlər vəkili Francisco Ernesto Romero Bock Xarici İşlər Nazirliyində qəbul edilib.
Xatırladaq ki, Azərbaycanın da Meksikada səfirliyi fəaliyyət göstərir.
0
0