Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar mədəniyyət abidələrinin hazırlığı ilə tanışlıq məqsədilə dekabrın 17-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olub.
Lent.az-ın məlumatına görə, ilk Avropa Oyunlarına ev sahibliyi edəcək ölkəmizi oyunlar zamanı çoxsaylı qonaqların ziyarət edəcəyi gözlənilir. Bu isə Azərbaycanın, o cümlədən mədəniyyətimizin dünyada daha da yaxşı tanıdılması və təbliği üçün gözəl fürsətdir. Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri var.
Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva qoruqla tanış olub.
Burada görülən işlərdən razılığını bildirən Mehriban Əliyeva tövsiyələrini verib.
Mehriban Əliyeva “Atəşgah məbədi”ndə
0
0
0
0