Oktyabrın 27-də bloqqer Mehman Hüseynovu polis saxlayıb. O, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gətirilib.
Mehman Hüseynovun AzadlıqRadiosuna dediyinə görə, istintaqda ondan «Sancaq» dərgisi və qardaşı Emin Hüseynov haqda soruşublar.
Lent.az-ın xəbərinə görə, Mehman Hüseynov sərbəst buraxıldıqdan sonra çoxdan bəri görünmədiyi “facebook” sosial şəbəkəsində status yazıb və “hər şeyin yaxşı olduğunu” qeyd edib.