İyulun 1-də Almaniya tərəfinin təşəbbüsü ilə bu ölkənin xarici işlər naziri Frank Valter Ştaynmayer və Rusiya xarici işlər naziri Serqey Lavrov arasında telefon danışığı olub.
APA-nın Rusiya XİN-in saytına istinadən verdiyi xəbərə görə,nazirlər Rusiya-Almaniya münasibətlərini müzakirə edib, habelə beynəlxalq problemlər barədə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin və Ukrayna böhranının həlllinə əsas diqqət yetirilib.