Lavrov və Nalbəndyan Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi
04 iyul 2016 20:10 (UTC +04:00)

Lavrov və Nalbəndyan Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan və İrəvanda səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrov Dağlıq Qarabağ məsələsinin nizamlanması üzrə razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.

 

APA-nın məlumatına görə, bu barədə Ermənistan XİN-in yaydığı açıqlamada bildirilir.

 

"Görüş zamanı tərəflər Vyana və Sankt-Peterburq sammitlərində Dağlıq Qarabağ üzrə əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımlar müzakirə ediblər", məlumatda deyilir.

 

Nazirlər həmçinin aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Sergey Lavrov İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) XİN rəhbərlərinin toplantısında iştirak edib.

 

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

 

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376
avatar

Oxşar yazılar