Lavrov erməniləri Dilqəm və Şahbazı azad etməyə çağırdı
05 dekabr 2014 15:01 (UTC +04:00)

Lavrov erməniləri Dilqəm və Şahbazı azad etməyə çağırdı

 

 

Rusiya XİN başçısı Sergey Lavrov Dağlıq Qarabağda Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevi tezliklə azad etməyə çağırıb.


 

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bazeldə keçirdiyi mətbuat konfransında bildirib.

 

APA-nın İsveçrəyə ezam olunan müxbirinin Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması və Rusiyanın bu məsələdəki mövqeyi barədə sualına cavabında S. Lavrov bildirib ki, Moskva girovların qaytarılmasını və ya dəyişdirilməsini istəyir.

 

“Azərbaycan və Ermənistan prezidentləri 2010-cu ildə Həştərxan görüşündə imzaladıqları sənədlə əsirlərin mübadiləsində mexanizm yaratmaq barədə öhdəlik götürüblər. Biz prezidentləri bu öhdəlikləri yerinə yetirməyə çağırırıq”, - deyə S. Lavrov vurğulayıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 130
avatar

Oxşar yazılar