Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. KXCP-dən APA-ya verilən məlumata görə, toplantıda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
İclasda Müsavat Partiyasının üzvü Nigar Yaqublu haqqında Abşeron rayon Məhkəməsinin çıxardığı 2 il 6 aylıq qanunsuz həbs cəzası və məhbusların hüquqlarının pozulması, həbsxanalardakı vəziyyətlə bağlı KXCP-nin etiraz bəyanatı qəbul olunub.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Bayramı münasibətilə həmin gün saat 12.00-da Fəxri Xiyabanda Elçibəyin məzarını ziyarət olunması və saat 13.00-da İran səfirliyi önündə etiraz piketini keçirməsi qərara alınıb. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dəyirmi masanın keçirilməsi də qərarlaşdırılıb.