Kvemo Kartli bölgəsinə yeni qubernator təyin edilib
18 dekabr 2014 14:23 (UTC +04:00)

Kvemo Kartli bölgəsinə yeni qubernator təyin edilib

0

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsinə vakant olan qubernator vəzifəsinə yeni təyinat olub.


 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün Gürcüstan hökumətinin qərarı ilə Paata Xizanişvili Bolnisi, Qardabani, Dmanisi, Tetritskaro, Marneuli, Tsalka və Rustavi inzibati-ərazi regionunu əhatə edən Kvemo Kartli bölgəsinin qubernatoru təyin edilib.

 

P. Xizanişvili Dmanisi rayonunun Qomareti kəndində anadan olub, ailəlidir.

 

Tiflis Dövlət Universitetinin mühəndis-iqtisadiyyat fakültəsini bitirib, sonra Almaniyada təhsil alıb.

 

2012-ci il parlament seçkilərində "Gürcü Arzusu" partiyasından Dmanisi bölgəsindən Gürcüstan parlamentinin deputatlığına namizəd olub, lakin seçilməyib.

 

Qeyd edək ki, Kvemo Kartlinin bundan əvvəlki qubernatoru Georgi Mqebrişvili Gürcüstanın cəzaçəkmə və probasiya naziri təyin olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 488

Oxşar yazılar