Rusiya Xarici İşlər Nazirliyində Sergey Lavrovun KTMT XİN rəhbərləri Şurasının iclasında iştirak etmək üçün iyulun əvvəlində Ermənistana, sonra isə Azərbaycana səfər edəcəyini təsdiqləyiblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin bildirib.
“Əvvəlcə nazir iyulun 4-də keçiriləcək KTMT XİN rəhbərləri Şurasının iclasında iştirak edəcək, sonra isə Azərbaycana səfər edəcək”, - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ötən gün almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdəki sədri Frank Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə Sergey Lavrovun İrəvandan sonra Bakıya səfər edəcəyini bildirib.