Prezident Koreyanın baş nazirini qəbul etdi
27 noyabr 2014 14:33 (UTC +04:00)

Prezident Koreyanın baş nazirini qəbul etdi

Prezident İlham Əliyev Koreyanın baş naziri Çanq Honqvonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, qəbulda dövlət başçısı bildirib ki, koreyalı baş nazirin Azərbaycana səfəri ikitərəfli münasibətlərə yeni impuls verəcək. “Biz əlaqələrimizin inkişafından razıyıq. Bu əlaqələr çox dinamik irəliləyir, getdikcə yeni sahələri əhatə edir və inkişaf üçün yaxşı potensiala malikdir. Siyasi səviyyədə möhkəm əlaqələr iqtisadi sahədə, biznes sahəsində yaxşı nəticələr əldə olunmasına kömək edir. Sizin ölkənizin əksər şirkətləri Azərbaycanda müxtəlif layihələrdə fəal iştirak edirlər. Həmçinin əminəm ki, Sizin səfəriniz ikitərəfli münasibətlərimizə yeni təkan verəcək və faydalı olacaq. Bir daha xoş gəlmisiniz”.

Koreyanın baş naziri isə səfərə böyük önəm verdiyini vurğulayıb: “Çünki Azərbaycan Qafqaz mədəniyyətinin, həmçinin Xəzər regionunun mərkəzidir. Cənab prezident, mən sizinlə görüşməyimə şadam və səmimi qəbula görə çox sağ olun. Mən bilirəm ki, Sizin atanız Heydər Əliyev sürətli iqtisadi yüksəlişə nail olub və Siz də çox parlaq nəticələrə nail olursunuz.

Azərbaycan sizin parlaq rəhbərliyiniz altında möhkəm siyasi sabitlik əsasında gur inkişaf yolu keçir. Sizin prezidentliyiniz dövründə ölkənizin gəlirləri 10 dəfə artıb və bunu Azərbaycanın möcüzəsi hesab etmək olar. Buna görə də Sizə böyük hörmətimi bildirmək istərdim. Biz diplomatik münasibətlərimizi 20 il əvvəl qurmuşuq. Bu, qısa müddətdir. Buna baxmayaraq bizim münasibətlərimiz sürətlə inkişaf edir.

Görüşdə Azərbaycanla Koreya Respublikası arasında infrastruktur, energetika, inşaat, informasiya texnologiyaları, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459

Oxşar yazılar