Koreya qəzeti Kəlbəcər girovlarından yazdı
29 sentyabr 2014 18:23 (UTC +04:00)

Koreya qəzeti Kəlbəcər girovlarından yazdı

Koreya respublikasının nüfuzlu “Koreya Herald” qəzetində “Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı qəbuledilməzdir” başlıqlı məqalə dərc olunub. Lent.az-ın məlumatına görə, məqalədə bu ilin iyulunda üç azərbaycanlı məcburi köçkün – Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində olarkən Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülməsi barədə məlumat verilib.

 

H.Həsənovun qəddarlıqla qətlə yetirilməsi və cəsədinin Azərbaycan tərəfinə qaytarılmaması, D.Əsgərov və Ş.Quliyevin harada saxlanıldıqları barədə heç bir informasiyanın verilməməsi haqda da məqalədə yazılıb.

 

Məqalədə soydaşlarımızın yaxınlarının məzarlarını ziyarət etmək üçün Şaplar kəndinə getdikləri, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində girov götürülərək erməni mətbuatında “diversiya qrupu” kimi qələmə verilmələrinin əsassız olması da göstərilib: “Girov götürülmüş şəxslər əvvəllər də işğal olunmuş ərazilərə etdikləri səfərləri “Youtube” internet portalında yerləşdiriblər. Bu isə “diversant qrupu”na xas olmayan hərəkətdir”.

 

Məqalədə həmçinin, Kəlbəcər rayonunun 1993-cü ilin aprel 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi və ümumilikdə Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 829
avatar

Oxşar yazılar