Kerri və Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi
02 iyul 2016 18:50 (UTC +04:00)

Kerri və Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziriSergey Lavrov Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə aparıb.

 

APA-nın Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə. C. Kerrinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşünə də toxunulub.

 

C. Kerri və S. Lavrov prezidentlərin görüşünün nəticələrinə uyğun olaraq  Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrlərinin atacağı növbəti addımları müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244
avatar

Oxşar yazılar