Elçibəyin oğlu FHN-də işləyəcək
Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevə iş tapılıb. Bu barədə "Şərq”ə bəyin qayını Mirmöhsün Mahmudov bildirib.
Onun sözlərinə görə, Ə.Əliyev dövlət idarəsində çalışacaq: "Fövqəladə Hallar Nazirliyinə işə düzəlib. Hələlik həmin qurumda kurs keçir. 3 aylıq kursdan sonra rəsmən işlə təmin olunacaq”.
4518