Kəmaləddin Heydərov "Leonardo" şirkətinin direktoru ilə görüşüb
04 oktyabr 2017 19:36 (UTC +04:00)

Kəmaləddin Heydərov "Leonardo" şirkətinin direktoru ilə görüşüb

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

 

Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən ətraflı danışaraq ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən bəhs edib. Nazir çoxşaxəli fəaliyyətə malik olan “Leonardo” şirkəti ilə fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Səmimi görüşə görə təşəkkürünü bildirən “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo rəhbərlik etdiyi şirkətin Azərbaycanla əməkdaşlıqda hər zaman maraqlı olduğunu diqqətə çatdırmış, fövqəladə hallarla mübarizə sahəsindəki əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin mühümlüyündən danışıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 195
avatar

Oxşar yazılar