APA-nın məlumatına görə, bunu Xəzər Universitetində “Qloballaşdırmanın çətinlikləri və riskləri. Avropa bundan nə dərs çıxara bilər?” mövzusunda məruzə ilə çıxış edən Böyük Britaniya parlamentinin üzvü, müdafiə məsələləri üzrə keçmiş dövlət katibi Liam Foks deyib.
L. Foks bildirib ki, Azərbaycan dünya üçün vacib ölkələrdən biridir: “Azərbaycan enerji təhlükəsizliyi, İranın nüvə problemi və Rusiya ilə bağlı məsələlərdə vacib rol oynayır. Məsələn, Rusiya enerji təchizatı sahəsində problem yaratdıqda, Avropa dərhal enerji təchizatının diversifikasiyası barədə düşünür və Azərbaycana yönəlir. Yaxud, NATO Əfqanıstan və İraqda, ümumiyyətlə, Yaxın Şərqdə Azərbaycanla tərəfdaşlıq edir. Azərbaycan vacib tərəfdaşdır”.