Kamal Abdulla Dağıstanda hesabat verdi
24 noyabr 2014 10:26 (UTC +04:00)

Kamal Abdulla Dağıstanda hesabat verdi

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Dağıstanın milli siyasət məsələləri üzrə naziri Tatyana Qamaleyin dəvəti ilə bu ölkəyə səfər edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, K. Abdullayev Dağıstan əsilli sahibkar və sənayeçilərin I respublika forumu çərçivəsində xaricdə yaşayan həmvətənlərin ictimai təşkilatlarının Əlaqələndirmə Şurasının “Dağıstan xalqlarının mədəniyyətinin, ənənələrinin qorunması və inkişafı üzrə həmvətənlərin ictimai təşkilatlarının qarşısında duran məsələlər” mövzusunda keçirilmiş müşavirədə çıxış edib.

 

Dövlət müşaviri çıxışında Azərbaycanda mövcud olan multikultural mühit, tarixi tolerantlıq ənənələrinin bu gün də xalqımız və dövlətimiz tərəfindən qorunub yaşadılmasından bəhs edib. Azərbaycandan olan milli-etnik toplumların nümayəndələrinin vaxtilə Heydər Əliyevin, hazırda isə prezident İlham Əliyevin hər bir azərbaycanlının rəğbət bəslədiyi və dəstəklədiyi bir siyasət həyata keçirməsi haqqında söylədikləri fikirlərə haqq qazandıran K. Abdullayev millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təsis edildiyini, ölkəmizdə dini və milli ayrı-seçkiliyin hüquqi baxımdan tamamilə aradan qaldırılması üçün mükəmməl hüquqi bazanın yaradıldığını diqqətə çatdırıb.

 


Müşavirədə Azərbaycanla Dağıstan arasında dostluq və qardaşlıq münasibətlərinin həm prezidentlər səviyyəsində, həm də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr nəticəsində daha da mükəmməlləşdiyi bildirilib, təkcə iqtisadi deyil, mədəni, mənəvi baxımdan əlaqələrin gücləndirilməsi və gələcəkdə birgə layihələrin reallaşdırılması məsələləri də müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar