Kamal Abdulla ABŞ yəhudiləri ilə görüşüb
26 oktyabr 2014 13:05 (UTC +04:00)

Kamal Abdulla ABŞ yəhudiləri ilə görüşüb

0
Amerika Yəhudiləri Yardım Təşkilatının (Vaad L Hatzolas Nidchei Yisroel) nümayəndə heyəti Azərbaycan Rrespublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə təşkilatın Azərbaycan bölməsinin sədri Shmeuel Simatov, təşkilatın sədr müavini Zamir İsayev və təşkilatın mətbuat xidmətinin katibi Murad Salmanov iştirak edib.
 
Shmeul Simantov təşkilat haqqında məlumat verərək bildirib ki , özünü İsrail vətəndaşı olmasına baxmayaraq azərbaycanlı kimi hiss edir: "Bu gün Azərbycan tolerantlığı ilə nəinki Qafqazın hətta bütün dünyanın ən tolerant ölkəsidir".
 
Görüşdə ikitərəfli əməşdaşlıq və ortaq lahiyyələr haqqında müzakirə aparılıb. Görüşün sonunda Kamal Abdulla qonaqlara kitab hədiyyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 844

Oxşar yazılar