JEM bəyanat yaydı: <b>"O statusları silin!"</b>
25 sentyabr 2014 12:03 (UTC +04:00)

JEM bəyanat yaydı: "O statusları silin!"

Jurnalist Ekspert Mərkəzi (JEM) bəyanat hazırlayıb. Lent.az-ın məlumatına görə, JEM-in yaydığı bəyanatda deyilir: “Jurnalist Ekspert Mərkəzi hələ 2 ay öncə “Düşmən mətbuatına istinada son qoyaq” kampaniyasına başlayıb. Kampaniya çərçivəsində çox sayda tanınmış jurnalist təxribat xarakterli xəbərlər yayanları qınadı. Mərkəzin əməkdaşları baş redaktorlardan sorğular hazırlayıb Kütləvi İnformasiya Vasitələrində yaydı. Bundan başqa, JEM sədri Ceyhun Musaoğlunun jurnalist satqınlığı mövzusunda yazdığı hekayə də böyük maraqla qarşılandı. Bu o dövrə təsadüf edirdi ki, erməni təxribatçıları Azərbaycan üzərinə hücuma keçmişdi. Əsgərlərimiz şəhid olurdu. Bəzi mətbuat orqanları isə düşmənin yaydığı xəbərləri tirajlamaqla, deyək ki, bilməyərəkdən onların təxribatlarına dəstək vermiş olurdu ki, nəticədə bütövlükdə ölkə ictimaiyyətində çaşqınlıq yaranırdı. Dilqəm Əsgərov, Şahbaz Quliyev, Həsən Həsənov Kəlbəcərə ata-babalarının qəbirlərini ziyarət etməyə getmişdilər. Azərbaycanın Xarici İşlər Nazirliyi açıqlamasında onların məhz Rusiyadan əzəli və əbədi torpaqlarımıza səfər etdiyini, bu səfərdə heç bir qanun pozuntusu olmadığını, əksinə, ermənilərin öz ata-baba yurdlarına gedənləri girov saxlamaları ilə beynəlxalq qanunları pozduqlarlnı bəyan etdi. Düşmən mətbuatı isə gözlənildiyi kimi, dinc sakinləri diversant adlandırdı. Azərbaycan mətbuatı bu dezinformasiyanı dərhal tirajladı”.

 

JEM ölkə başçısının sərəncamına dəstək vermək məqsədi ilə yaydığı bəyanatda mediaya da müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Hörmətli həmkarlarımız, düşmənin məkrli niyyətinə xidmət edən xəbərlər əsasən internet resurslarının arxivlərində hələ də qalıb. Sizdən xahiş edirik, həmin xəbərləri, statusları silin. Çünki istənilən vaxt düşmən axtarış sistemlərində bir söz yazmaqla Azərbaycanın dövlət sirrindən xəbər tuta bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1050
avatar

Oxşar yazılar