Gürcüstanın baş naziri Bidzina İvanişvili Azərbaycana səfərə gəlib. Lent.az-ın məlumatına görə, ölkəmizdə rəsmi səfərdə olan gürcü baş nazir prezident İlham Əliyevlə görüşüb. İvanşvilinin prezident İlham Əliyevlə görüşündən fotolar baş nazirin facebbook səhifəsində yerləşdirilib.
İvanişvilinin azərbaycanlı həmkarı Artur Rəsizadə ilə də görüşü nəzərdə tutulub.
Qeyd edək ki, bu, Gürcüstanın baş nazirinin ölkəmizə ilk rəsmi səfərdir.