İsa Qəmbərin “yarıtmaz müşavirləri” kimlərdir?
14 avqust 2014 11:54 (UTC +04:00)

İsa Qəmbərin “yarıtmaz müşavirləri” kimlərdir?

Müsavat başqanı İsa Qəmbərin müşaviri Hüseyn Məlik partiyadan istefa verdiyini açıqalasa da, onun istefası müəmmalı olaraq qalır.

 

Bu arada Hüseyn Məlikin istefası ilə bağlı Müsavat partiyasının Divan üzvü Tural Abbaslının “Əgər başqan çıxardası olsaydı, hansısa yaramaz fəaliyyətinə görə, kifayət qədər müşaviri var idi, onları çıxarardı, nəinki Hüseyn bəyi” fikri partiyada birmənalı qarşılanmayıb.

 

T.Abbaslı Lent.az-a açıqlamasında adını çəkmədiyi müşavirləri “yaramaz” yox, “yarıtmaz” fəaliyyətdə günahlandırdığını bildirib: “Mən onları yarıtmaz siyasi fəaliyyətdə günahlandırmışam. Burda həmin şəxslərin göstərdikləri siyasi fəaliyyətdən, onların partiyanın siyasi həyatında oynadığı roldan söhbət gedir. Onların partiya əleyhinə gördüyü işdən söhbət gedə bilməz. Mən demək istəmişəm ki, onlar müşavir kimi öz üzərinə düşən öhdəliyi yerinə yetirmirlər. Partiyanın işi ilə maraqlanmayan və partiyamızın işinə heç bir fayda verməyən müşavirləri nəzərdə tutmuşam. Hüseyn bəy öz üzərinə düşən işi görən, hətta partiya üçün gündəlik çalışan insandır. Onun partiyaya xeyir verməkdən başqa işi yoxdur”.

Ad çəkmək istəməyən T.Abbaslı partiyada hamının “yarıtmaz müşavirləri” kimliyindən xəbərdar olduğunu da qeyd edib: “Partiyada hamı, elə özləri də bilirlər ki, kimləri  deyirəm. Sadəcə, indiki ərəfədə onların adının çəkib gündəmi dəyişməyi uğurlu hesab etmirəm”.

Müsavat başqanın müşaviri Səxavət Əlisoy isə baş verənlərdən xəbərsiz olduğunu söyləyib: “Mən Bakıda deyiləm. Hüseyn Məlikin istefasından da, Tural Abbaslının açıqlamasından da xəbərsizəm. Hüseyn Məlikə də, Tural Abbaslıya da hörmətim var. Başqanın müşavir təyin etməsi və yaxud da onu istefaya göndərməsi başqanın səlahiyyətindədir. Bu məsələdə partiya Məclisinin qərarı olmur. Başqan özü səlahiyyətləri çərçivəsində müşavir təyin edir və müşaviri işdən azad edir. Bunun özü də maraqlı bir prosedurdur. Bilirsiniz, uzun illər adamlar eyni vəzifədə qaldıqca, vəzifə gözdən düşür. Bircə onu deyə bilərəm ki, partiyada bu proses çoxdan başlanmalı idi”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858
avatar

Oxşar yazılar