Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (IREX) Bakı nümayəndəliyini bağlayıb.
IREX-in Vaşinqton ofisinin yaydığı məlumata görə, nümayəndəliyin ləğvi barədə qərar bu il sentyabrın 30-da qəbul edilib.
Qərar qəbul edildiyi gün IREX Bakı ofisini boşaldıb.
IREX bəyan edir ki, 1998-ci ildən bəri fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda təhsilə, medianın inkişafına, internet infrastrukturunun genişlənməsinə dəstək olub. Bununla bağlı müxtəlif dövlət və hökumət, eləcə də kommersiya və qeyri-kommersiya qurumları ilə sıx əməkdaşlıq edib.
IREX ümid edir ki, Azərbaycandakı fəaliyyəti Azərbaycan xalqı və hökuməti nəzdində obyektiv qiymətləndiriləcək.
Azadlıq Radiosu