İREX-in Vaşinqton ofisi Bakıdakı yoxlama barədə bəyanat yayıb
06 sentyabr 2014 22:28 (UTC +04:00)

İREX-in Vaşinqton ofisi Bakıdakı yoxlama barədə bəyanat yayıb

İREX-in Vaşinqton ofisi Bakıdakı yoxlama barədə bəyanat yayıb.  Musavat.com-un xəbərinə görə, bəyanatda sentyabrın 5-də Baş Prokurorluq əməkdaşlarının bəyan etmədən İREX-in Bakı ofisinə gəldiyi vurğulanır: “Onlar özləri ilə Yasamal Məhkəməsinin orderini gətirib və bütün kompüterləri, digər avadanlığı, eləcə də sənədləri aparıblar. İREX artıq məhkəməyə müraciət edib. Qurum ümid edir ki, USAİD-in maliyyələşdirdiyi, 2014-cu il sentyabrın 30-da bitməli olan hazırkı layihəsini başa çatdıra bilməsi üçün avadanlıq və sənədlər mümkün qədər tez qaytarılacaq”.

 

Bəyantada İREX-in Azərbaycandakı bank hesabının 2014-cü il iyulun 26-dan dondurulduğu da qeyd olunub: “İREX bu təhqiqatın ədalətli və sürətli

tamamlanmasını gözləyir”.

 

Məlumatda o da vurğulanıb ki, “İREX Azərbaycanın qonağı kimi 15 il ərzində təhsil, media və vətəndaş cəmiyyətinə göstərdiyi uğurlu dəstəyinin davam etdirilməsini əngəlləyən bu hərəkətlərdən narahatlığını bildirir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1055
avatar

Oxşar yazılar