<span style="color:red;">İranlı nazir:  "Azərbaycanın İlham Əliyev kimi müdrik rəhbəri var"
05 avqust 2014 14:12 (UTC +04:00)

İranlı nazir: "Azərbaycanın İlham Əliyev kimi müdrik rəhbəri var"

Prezident İlham Əliyev avqustun 5-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, dövlət başçısı Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. İran İslam Respublikasına rəsmi səfərini və İran rəhbərləri ilə görüşlərini məmnunluqla xatırlayan prezident İlham Əliyev bu səfərin ikitərəfli əlaqələrimizin genişləndirilməsinə yeni təkan verdiyini qeyd edib. Ölkələrimiz arasında əməkdaşlığın siyasi, iqtisadi, mədəni və digər sahələrdə yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasında müzakirə olunacaq məsələlərin bu əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin ölkəmizə səfərinin də uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.
Nazir Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlət başçısı İlham Əliyevə çatdırıb. O, prezident Həsən Ruhaninin Azərbaycanın dövlət başçısı ilə Davosda və Tehranda keçirdiyi görüşləri məmnunluqla xatırladığını deyib. Mahmud Vaezi ötən səfərləri zamanı Heydər Əliyev ilə görüşlərini böyük ehtiramla xatırlayıb. Bakıda inanılmaz inkişafın şahidi olduğunu və ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğulayan Mahmud Vaezi deyib: “Mən Azərbaycanın əldə etdiyi böyük uğurlara görə sizə təbriklərimi çatdırıram. Mən, eyni zamanda, Azərbaycan xalqını təbrik etmək istəyirəm ki, ölkəsi üçün belə böyük işlər görən müdrik və uzaqgörən rəhbəri var”.
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, nəqliyyat, neft daşımaları, gəmiqayırma, ticarət, bank sektoru, elm, idman və digər sahələrdə inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2077

Oxşar yazılar