İranın tanınmış din xadimi Azərbaycana gəlib
31 avqust 2015 11:28 (UTC +04:00)

İranın tanınmış din xadimi Azərbaycana gəlib

0
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin dəvəti ilə İran İslam Respublikasının tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədaninin Azərbaycana səfəri başlayır.

 

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və İran arasında dini-mənəvi əlaqələrin inkişafına töhfə məqsədi daşıyan səfər çərçivəsində Bakı şəhərində və bölgələrdə - Şamaxı və Gəncədə bir sıra görüşlər nəzərdə tutulub.

Səfər çərçivəsində nümayəndə heyəti Şəhidlər Xiyabanını, Heydər məscidini və digər yerləri ziyarət edəcəklər. Səfər sentyabrın 4-ü başa çatır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar