<span style="color:red;">İrandan Kobani açıqlaması:  "Suriya istəsə, yardım edərik"
08 oktyabr 2014 18:48 (UTC +04:00)

İrandan Kobani açıqlaması: "Suriya istəsə, yardım edərik"

İranın Xarici İşlər Nazirliyi İŞİD tərəfindən bombardman edilən Kobaninin Suriyanın bir parçası olduğunu və ona yalnız Suriyanın icazəsi ilə yardım edəcəklərini bəyan edib. Nazirliyin mətbuat katibi Mərziyə Afham bu gün keçirilən mətbuat konfransında Suriya dövlətinin rəsmi tələbinə əsasən addım atacaqlarını bildirib: “Kobani Suriya toprağının bir parçasıdır. Əgər Suriya tələb edərsə, hər cür yardım edərik. Bu cür hadisələr zamanı beynəlxalq qaydalar əsas götürülməlidir. Hələ ki, Kobani məsələsi ilə bağlı bizə Suriya dövləti tərəfindən rəsmi müraciət olunmayıb”.

Afham həmçinin digər ölkələrin Suriyaya yardım etməli olduqlarını da əlavə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1205
avatar

Tengiz Məmmədov

Oxşar yazılar