İran Qarabağ münaqişəsinin dialoq yolu ilə həllini istəyir
08 yanvar 2013 15:19 (UTC +04:00)

İran Qarabağ münaqişəsinin dialoq yolu ilə həllini istəyir

«İran Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərə hər cür yardımı göstərməyə hazırdır».

 

 APA-nın məlumatına görə, bunu həftəlik mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib.

 

İranın Dağlıq Qarabağ münaqişəsinin dialoq yolu ilə həllini istədiyini deyən R. Mehmanpərəstin sözlərinə görə, İran bu prosesə hər cür yardım etməyə hazırdır.

 

«Qarabağ problemi və digər problemlər bölgəyə təsir imkanları olan ölkələrin yardımı ilə həllini tapa bilər. Biz Dağlıq Qarabağ probleminin də Azərbaycan və Ermənistan arasında dialoq yolu ilə həllini tapacağına inanırıq», - deyə R. Mehmanpərəst vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533
avatar

Oxşar yazılar