İran prezidenti Milli Məclisdə çıxış edəcək
11 noyabr 2014 13:23 (UTC +04:00)

İran prezidenti Milli Məclisdə çıxış edəcək

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycana səfəri çərçivəsində Milli Məclisin qonağı olacaq. Milli Məclisin mətbuat xidmətindən verilən APA-ya məlumata görə, H. Ruhaninin parlamentdə deputatlar qarşısında çıxış edəcəyi planlaşdırılır.

 

Qeyd edək ki, H. Ruhani Azərbaycana noyabrın 12-də səfər edəcək. Səfər çərçivəsində ikitərəfli görüşlər keçiriləcək. Bir sıra sahələr üzrə 10 sənədin imzalanması gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710
avatar

Oxşar yazılar