<b>Azərbaycan və Polşa prezidentlərinin görüşü olub</b> - YENİLƏNİB
27 iyun 2017 13:21 (UTC +04:00)

Azərbaycan və Polşa prezidentlərinin görüşü olub - YENİLƏNİB

Prezident İlham Əliyevin Polşaya rəsmi səfəri davam edir. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevin və Polşa prezidenti Andjey Dudanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

 

***

 

12:45

 

İyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, prezident İlham Əliyev Polşa prezidentinin sarayına gəlib. Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Polşa prezidenti Andjey Duda Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb. Polşanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Andjey Dudaya təqdim olunub. Azərbaycanın və Polşanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib. Prezident İlham Əliyev Polşa əsgərlərini salamlayıb. Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər. Prezidentlər birgə foto çəkdiribər.

 

Azərbaycan prezidenti İlham Əliyev Polşada akkreditə olunan diplomatik korpusun təmsilçiləri və Varşava Şəhər Şurasının üzvləri ilə görüşüb. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

 

Daha sonra prezident İlham Əliyevin və Polşa prezidenti Andjey Dudanın təkbətək görüşü keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar