Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, fevralın 21-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
İclasda Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı təqdim edib.