İlham Əliyev BƏƏ prezidentini təbrik edib
01 dekabr 2014 18:50 (UTC +04:00)

İlham Əliyev BƏƏ prezidentini təbrik edib

0

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Əlahəzrət şeyx Xəlifə bin Zayed Al Nəhyana bu ölkənin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir: “Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Əminəm ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 397

Oxşar yazılar