İlham Əliyevdən Ərdoğana <span style="color:red;">BAŞSAĞLIĞI
07 sentyabr 2015 15:07 (UTC +04:00)

İlham Əliyevdən Ərdoğana BAŞSAĞLIĞI

Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bu ölkədə törədilmiş son terror aktı ilə əlaqədar başsağlığı məktubu göndərib. Lent.az-ın president.az saytına istinadən məlumatına görə, məktubda deyilir:

 

“Hörmətli cənab Prezident, 

Əziz Qardaşım,

 

Hakkari vilayətinin Dağlıca bölgəsində törədilmiş terror aktı nəticəsində çoxsaylı türk hərbçilərinin şəhid olması və yaralanması xəbəri məni son dərəcə kədərləndirdi.

Türkiyə xalqı əmin ola bilər ki, bu terror hadisələrini törədənlər heç vaxt öz çirkin məqsədlərinə çata bilməyəcəklər.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

 

Allah rəhmət eləsin!”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Oxşar yazılar