İlham Əliyev Tunis prezidentini təbrik etdi
25 dekabr 2014 18:00 (UTC +04:00)

İlham Əliyev Tunis prezidentini təbrik etdi

Prezident İlham Əliyev Tunis prezidenti Beji Kaid əs-Sebsi prezident vəzifəsinə seçilməsi ilə bağlı təbrik edib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, prezident Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqların mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə ümid etdiyini qeyd edib. 

Sonda prezident İlham Əliyev həmkarına xalqının rifahı naminə qarşıdakı fəaliyyətlərində uğurlar diləyib.
 

Azərbaycan prezidenti həmçinin Şinzo Abeni yenidən Yaponiyanın baş naziri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib. Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab baş nazir, Yaponiyanın baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 119
avatar

Oxşar yazılar