Prezident İlham Əliyev Tofiq Ağahüseynovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Tofiq Yaqub oğlu Ağahüseynov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Qeyd edək ki, Tofiq Ağahüseynov 17 aprel 1997 — 2 aprel 2002-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Hərbi məsələlər üzrə köməkçisi olub.