İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibini qəbul etdi
11 may 2015 18:05 (UTC +04:00)

İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibini qəbul etdi

Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin və səfər çərçivəsində keçiriləcək görüşlərin səmərəli olacağına əminliyini bildirib. Ölkələrimizin hüquq mühafizə orqanları arasında münasibətlərin uğurlu inkişafına toxunan prezident müvafiq qurumların işgüzar əlaqələrinin mövcud olmasının, qarşılıqlı informasiya mübadiləsi aparılmasının və birgə tədbirlərin keçirilməsinin regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. Faşizm üzərində Qələbənin 70 illiyinin Azərbaycanda yüksək səviyyədə keçirildiyini deyən prezident İlham Əliyev bu tədbirlərin qələbənin qeyd olunması ənənələrinin davam etdirilməsi və tarixi ədalətin qorunub saxlanılması üçün ümumi mövqeyin formalaşdırılması baxımından önəmini vurğulayıb.

 

Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya Federasiyasının prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırıb. Nikolay Patruşev ölkəmizə səfərinin ilk saatlarından başlayaraq Bakıda böyük abadlıq və quruculuq işlərinin yüksək keyfiyyətlə aparılmasının şahidi olduqlarını deyib. O, ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Nikolay Patruşev yüksək səviyyəli görüşlərin, o cümlədən Azərbaycan və Rusiya prezidentlərinin faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə Moskvadakı təmaslarının ikitərəfli münasibətlərimizin genişləndirilməsi və əlaqələrimizin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. Birinci Avropa Oyunlarına toxunan Nikolay Patruşev bu tədbirin də yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 221
avatar

Oxşar yazılar