İlham Əliyev Polşanın yeni seçilmiş prezidentini təbrik edib
26 may 2015 14:43 (UTC +04:00)

İlham Əliyev Polşanın yeni seçilmiş prezidentini təbrik edib

Prezident İlham Əliyev Polşanın yeni seçilmiş prezidenti Andjey Dudaya təbrik məktubu göndərib.

Lent.az-ın AzərTAc-a istiandən məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Duda,

Polşa Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Azərbaycan ilə Polşa arasındakı münasibətlərə böyük əhəmiyyət veririk. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar