Prezident İlham Əliyev “Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında” 1993-cü il 30 aprel tarixli 541 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, fərman “Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” 2014-cü il 23 sentyabr tarixli sərəncamın tətbiqi ilə əlaqədar verilib.
Dövlət başçısının digər fərmanı ilə “Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 5.3.13-cü yarımbəndində “xüsusi rütbələr” sözlərindən sonra “Polis Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsi” sözləri əlavə edilib.