Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə bu ölkənin prezidenti Enrike Penya Nietoya təbrik məktubu göndərib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, təbrik məktubunda deyilir: “Hörmətli cənab prezident, Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Meksika əlaqələrinin genişlənməsi dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafına bundan sonra da töhfələr verəcək.
Bu əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, dost Meksika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.