İlham Əliyevdən iki ölkənin dövlət başçısına TƏBRİK
21 noyabr 2014 18:34 (UTC +04:00)

İlham Əliyevdən iki ölkənin dövlət başçısına TƏBRİK

Prezident İlham Əliyev Livanın Nazirlər Şurasının sədri Tammam Salamanı bu ölkənin müstəqillik günü münasibətilə təbrik edib.

 

Lent.az-ın məlumatına görə, təbrikdə deyilir: ”Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Livan xalqına sülh və rifah diləyirəm”.

 

 

Ölkə başçısı həmçinin Rumıniyanın yeni seçilmiş prezidenti Klaus İohannisə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Rumıniyanın prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan və Rumıniyanı möhkəm dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birləşdirir. Bu gün bu münasibətlər dinamik və hərtərəfli inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ümidvaram ki, xalqlarımızın rifahı naminə istər ikitərəfli qaydada, istərsə də regional və beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığımızı daha da genişləndirmək üçün birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Rumıniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 371
avatar

Oxşar yazılar