Prezident Küveytin gənclər məsələsi üzrə nazirini qəbul edib
29 oktyabr 2014 17:28 (UTC +04:00)

Prezident Küveytin gənclər məsələsi üzrə nazirini qəbul edib

0

Prezident İlham Əliyev Küveytin gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabahı qəbul edib. Lent.az-ın məlumatına görə, nazir Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabah Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın, Küveyt Şahzadəsi və Baş nazirinin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb.

Qonaq Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forumun işə başlaması münasibətilə prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edib. Ölkəmizdə olmağından məmnunluq hissi keçirdiyini deyən Küveytin dövlət naziri dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib

Prezident İlham Əliyev Küveytə səfərini və Küveyt rəhbərliyi ilə keçirdiyi görüşləri xatırlayıb. Ölkələrimiz arasında mövcud olan əlaqələrin ikitərəfli əməkdaşlığın yaxşı nümunəsi olduğunu bildirən dövlət başçısı iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birini dəstəkləməsinin və maraqlarını müdafiə etməsinin önəmini vurğulayıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında gənclər siyasəti sahəsində əlaqələri genişləndirməyin vacib olduğunu bildirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 676

Oxşar yazılar