Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə Thranda çoxmərtəbəli binanın çökməsi nəticəsində insan tələfatından dolayı başsağlığı verib.
Lnt.az-ın president.az-a istinadən məlumatına görə, başsağılığında belə deyilir:
“Hörmətli cənab Prezident,
Tehranda çoxmərtəbəli binanın çökməsi nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”