[b]"Sosial təminat sahəsində işlər uğurla davam etdirilir" - İlham Əliyev  - YENİLƏNİB[/b]
27 yanvar 2017 12:23 (UTC +04:00)

[b]"Sosial təminat sahəsində işlər uğurla davam etdirilir" - İlham Əliyev - YENİLƏNİB[/b]

 

 

Azərbaycanda sosial təminat sahəsində işlər uğurla davam etdirilir.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, bunu prezident İlham Əliyev Ukraynanın sosial siyasət naziri Andrey Revanı qəbul edərkən deyib.

 

Dövlət başçısı ölkədə qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən sosial siyasətlə bağlı məsələlərin nizama salınması istiqamətində də böyük işlərin aparıldığını deyib. Sosial siyasətin Azərbaycanda həmişə prioritet məsələlərdən biri olduğunu və ciddi iqtisadi islahatların aparıldığı dövrdə də bu sahəyə böyük önəm verildiyini deyən Prezident İlham Əliyev kommunal xərclərin, tariflər, sosial təminat, məcburi köçkünlərin ehtiyaclarının ödənilməsi, pensiyalar, sosial infrastruktur və digər sahələrin maliyyələşdirilməsinin dövlət səviyyəsində həyata keçirildiyini bildirib.

Ukraynanın sosial siyasət naziri Andrey Reva isə rəhbərlik etdiyi nazirliyin Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yaxşı əməkdaşlıq həyata keçirdiyini vurğulayıb.  Azərbaycanın bu sahədə əldə etdiyi uğurların böyük önəm daşıdığını deyən A. Reva Azərbaycanın əldə etdiyi təcrübə və nailiyyətlərin Ukraynanın sosial müdafiə sistemində həyata keçirilən islahatlar baxımından da maraq doğurduğunu deyib .

 

 

 

Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmandın etimadnaməsini qəbul edərkən

Pakistan və Azərbaycan arasında münasibətlərin inkişaf etdiyini və əməkdaşlığımızın ən yüksək səviyyədə olduğunu vurğulayıb.  

 

Azərbaycan ilə Pakistan arasında ikitərəfli əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin, qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanın Pakistan ilə qardaşlıq əlaqələrini bundan sonra da inkişaf etdirməkdə maraqlı olduğunu deyib.

Said Xan Mohmand Pakistan xalqı tərəfindən Azərbaycanın inkişafının bir nümunə kimi qəbul olunduğunu bildirərək bu inkişafda Heydər Əliyevin müstəsna rolunu qeyd edib və bu uğurlu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.

Səfir ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə dair əminliyini ifadə edib.  

Görüşdə ölkələr arasında iqtisadi, sərmayə qoyuluşu, idxal-ixrac və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

 

*** 

 

11:39

Prezident İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibini qəbul edib.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, dövlət başçısı yanvarın 27-də Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib.

 

 

Prezident İlham Əliyev bu gün həm də Ukraynanın sosial siyasət naziri Andrey Revanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600
avatar

Fərizə Əhmədova

Oxşar yazılar