İlham Əliyev İsveçrə prezidentini təbrik etdi
16 dekabr 2014 18:29 (UTC +04:00)

İlham Əliyev İsveçrə prezidentini təbrik etdi

0

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş prezidenti xanım Simonetta Sommaruqaya təbrik məktubu ünvanlayıb. Lent.az-ın məlumatına görə, təbrik məktubunda deyilir: “İsveçrə Konfederasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan-İsveçrə münasibətləri bu gün dinamik inkişaf yolundadır. Ümidvaram ki, dost ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar