İlham Əliyev həmkarına təbrik məktubu ünvanladı
01 dekabr 2014 19:50 (UTC +04:00)

İlham Əliyev həmkarına təbrik məktubu ünvanladı

0

Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının prezidenti Çoummali Sayasoneyə ölkəsinin milli bayramı – Respublika günü münasibətilə təbrik məktubu ünvanlayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir: “Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Laos arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Laos xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar